ABŞ-dan İrana qarşı yeni qadağa



 17:42 22.12.2022     345

ABŞ Maliyyə Nazirliyi nəzdindəki Xarici Aktivlərə Nəzarət Ofisi İranda etirazlarla bağlı 5 İran rəsmisimi və 1 qurumu sanksiya siyahısına daxil edib.

Demedia.az xəbər verir ki, sanksiyaların etirazların zorakılıqla yatırılması və etirazçılara qarşı açılan məhkəmə iddiaları ilə əlaqəli olduğu bildirilib. Maliyyə Nazirliyinin Terrorizm və Maliyyə Kəşfiyyatı üzrə müşaviri Brian Nelson qeyd edib ki, o, İran rejiminin öz hüquqlarını müdafiə edən xalqa qarşı zorakılıq tətbiq etməsini pisləyir.

Onun sözlərinə görə, ABŞ və müttəfiqləri öz fundamental azadlıqları uğrunda mübarizə aparan İran vətəndaşlarına qarşı törədilən dəhşətli sui-istifadələrə görə İran hakimiyyətini məsuliyyətə cəlb etməyə qərarlıdırlar.

Bahadur Seyidov