Tünd çay içənlər MÜTLƏQ OXUSUN - Təhlükəlidir...



 22:32 23.12.2022     999

Rusiyanın tanınmış həkimi Aleksandr Myasnikov tünd çayın ürəyə zərərindən danışıb.

Demedia.az xəbər verr ki, gündə 3-4 fincandan artıq, tünd dəmlənmiş çay vacib mikroelement və dəmirin sovrulmasına mane olur, orqanizmi faydalı maddələrdən əskik qoyur.

Çay kofeinlə zəngindir, sutkada 300 mq-dan artıq kofein qəbul etmək olmaz.
Hər gün 6-7-8 dəfə tünd çay içmək ürəyə mənfi təsir edir. Kofein stimulyator rolunu oynayır, ürək ritmini artırır. Tünd çaydan ürək sürətli döyünür, tərləmə, ürəkbulanma, eləcə də yuxusuzluq ola bilər. Bu pozulmaları düzəltmək sonradan insan üçün çətin olur.

Ona görə də çayı gündə 2-3 dəfədən artıq içməyin, çox tünd dəmləməyin və yeməkdən dərhal sona qəbul etməyin.

Aysun / Demedia.az