FİFA Nüsrət Gökçə barədə araşdırmalara başladı



 15:03 23.12.2022     331

FİFA Qətərdə keçirilən dünya çempionatının final oyunundan sonra meydançaya daxil olan Nüsrət Gökçə barədə araşdırmalara başlayıb.

Demedia.az xəbər verir ki, bu barədə FİFA-dan açıqlama verilib. Bildirilib ki, FİFA-nın Nüsrətə meydançaya girməsi barədə icazə verməsi ilə bağlı iddialar əsassızdır. Açıqlamada Nüsrətin meydançaya daxil olmasına icazə verənlərin cəzalandırılacağı bildirilib. Qeyd edək ki, final fitindən sonra Nüsrət meydançaya daxil olaraq fotolar çəkib, kuboka toxunub.

Bu isə FİFA-nın qaydalarına görə qadağandır. Kuboka yalnız dövlət başçıları, texniki heyət və futbolçular toxuna bilər.

Bahadur Seyidov