ABŞ Senatı büdcə layihəsini təsdiqlədi



 15:13 23.12.2022     333

ABŞ Senatı 2023-cü maliyyə ili üçün 1,7 trilyon dollarlıq büdcə layihəsini təsdiqləyib.

Demedia.az xəbər verir ki, büdcə layihəsinin lehinə 68, əleyhinə 29 səs verilib. Məlumata görə, Senatdan keçən büdcə layihəsi Nümayəndələr Palatasında da səsverməyə çıxarılacaq. Sənəd Nümayəndələr Palatası tərəfindən təsdiq olunarsa, 4155 səhifəlik büdcə layihəsinin qanuna çevrilməsi üçün Prezident Co Baydenə təqdim ediləcək.

Aylarla davam edən danışıqlardan sonra razılaşdırılan büdcə layihəsində 858 milyard dollarlıq müdafiə büdcəsi yer alır. Sözügedən qanun layihəsinə Ukraynaya göstərilməsi nəzərdə tutulan 45 milyard dollarlıq hərbi, humanitar və iqtisadi yardım da daxildir.

Bahadur Seyidov