NATO-da heç vaxt belə birlik olmamışdı - Blinken



 16:15 23.12.2022     334

“Rusiyanı Ukrayna ilə danışıqlara cəlb etməyin yolu Ukrayna ordusuna daha çox dəstək vermək və onun döyüş meydanında uğurunu təmin etməkdən keçir”.

Demedia.az xəbər verir ki, ABŞ-ın dövlət katibi Antoni Blinken belə açıqlama verib. O bildirib ki, bu il ABŞ xarici siyasətdə 4 əsas uğur əldə edib. Belə ki, ABŞ Ukraynanı dəstəkləmək üçün dünyanı Rusiyaya qarşı birləşdirib, Çinə qarşı regional və qlobal tərəfdaşları bir araya gətirib, sağlamlıq, ərzaq təhlükəsizliyi, enerji və iqlim kimi mövzularda koalisiyalar qurub və Kovid-19 epidemiyasına qarşı peyvəndin dünyada yayılmasında liderlik edib.

ABŞ-ın tərəfdaşlarını bir araya gətirdiyini və Ukraynaya böyük yardım etdiyini bildirən Blinken, NATO-nun indiyədək heç vaxt belə güclü birlik içində olmadığını vurğulayıb. O ABŞ-ın Ukraynaya hərbi yardımı davam etdirəcəyini ifadə edib.

Bahadur Seyidov