İspaniyada pilotlar tətil etdi



 15:45 23.12.2022     319

İspaniyanın ucuz qiymətlərlə sərnişin daşıyan “Vueling” və “Air Nostrum” aviaşirkətlərinin əməkdaşları tətil edib.

Tətil səbəbindən gün ərzində 70-ə yaxın reys təxirə salınıb. Demedia.az xəbər verir ki, məvaciblərin artırılmasını tələb edən heyət üzvləri və pilotların başlatdığı tətil daxili səfərlərə təsir edib. Tətilin bayram ərəfəsində olması turistlərin səfər planlarını dəyişməsinə səbəb olub. Tətil, planlaşdırılmış uçuşların 20 faizinə təsir edib.

Həmkarlar ittifaqının məlumatına görə, etirazçılar pandemiya dövründə kəsilən maaşlarının artırılmasını və iş şəraitlərinin yaxşılaşdırılmasını tələb edir.

Bahadur Seyidov