Şimali Koreya növbəti dəfə ballistik raketlər buraxdı



 16:29 23.12.2022     309

Şimali Koreya növbəti dəfə ballistik raketləri sınaqdan keçirib.

Demedia.az xəbər verir ki, bu barədə Yaponiya və Cənubi Koreyanın rəsmi mənbələri məlumat yayıb. Bildirilir ki, raketlər Yaponiya ərazisindən kənara düşüb. Yaponiya Sahil Mühafizəsinin açıqlamasına görə, raketin düşdüyü bölgədə hərəkət edən hava və dəniz nəqliyyatı vasitələrinə ziyan dəyməyib.

Cənubi Koreya Baş Qərargahından isə qeyd edilib ki, Şimali Koreya Sunan bölgəsindən Yapon dənizi istiqamətində iki ballistik raket atıb. Məlumata görə, Pxenyan administrasiyası ilin əvvəlindən indiyə qədər 36 dəfə raket sınağı təşkil edib.

Bahadur Seyidov