ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ Dövlət Departamenti Rusiya donanmasına ilə əlaqəli olan 10 quruma sanksiya tətbiq edib.
Demedia.az xəbər verir ki, bu barədə Dövlət Departamentindən yazılı açıqlama verilib. Bildirilib ki, sanksiyalar Ukraynadakı müharibə səbəbilə tətbiq edilib. Açıqlamada, sanksiyalara məruz qalan 10 Rusiya təşkilatından 6-nın müdafiə və donanma sahələri, 4-nün isə dənizçilik fəaliyyəti ilə məşğul olduğu qeyd edilib.
Sanksiyalar barədə açıqlama verən dövlət katibi Antoni Blinken bildirib ki, ABŞ Rusiyanın Ukraynaya qarşı müharibəsində Prezident Putin və ona yardım edənlərə sanksiya tətbiq etməkdə qərarlıdır.
Bahadur Seyidov