Yaponiya Cənubi Koreya donanmasının təlimlərinə qarşı çıxdı



 20:04 23.12.2022     342

Yaponiya hökuməti Cənubi Koreya donanmasının Yapon dənizindəki mübahisəli Takeşima adaları sahillərində keçirdiyi hərbi təlimlərə etiraz edib.

Demedia.az xəbər verir ki, Yaponiya Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya məsələləri üzrə baş direktoru Funakoşi Takehiro məsələ ilə bağlı  Cənubi Koreyanın Tokiodakı səfirliyinin rəsmisi ilə görüşüb. Görüş zamanı təlimi "tamamilə qəbuledilməz və təəssüf doğuran" hadisə adladıran yapon diplomat adaların tarixi faktlar və beynəlxalq hüquq baxımından Yaponiyaya aid olduğunu irəli sürüb.

Qeyd edək ki, mübahisəli adalara Cənubi Koreya tərəfi də iddia edir. Cənubi Koreyanın “Dokdo”, yaponların “Takeşima” adlandırdığı bölgə uzun müddətdir ki, iki ölkə arasında müzakirə mövzusudur.

Bahadur Seyidov