İranda etiraz aksiyaları intensivləşir - Politoloq



 13:44 23.12.2022     578

İranda etiraz aksiyalarını daha da intensivləşməsi gözlənilir.

Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, bu ölkəyə qarşı sanksiyalar tətbiq edilməklə, rejimə qarşı hərbi variantda masadadır:

"İsraildə Benyamin Netanyahu baş nazir postuna yenidən qayıtdı. İrana qarşı hərbi koalisiya formalaşdıracaq.

Qeyd edim ki, Cənubi Azərbaycanda soydaşlarımızla bağlı proses gündəm olmamalı və bu istiqamətdə strateji siyasəti aparmalıyıq. Təbrizdə, Ərdəbildə, Xoyda, Urmiyada soydaşlarımızın hüquqları uğrunda mübarizəni dəstəkləməli və yetərincə yanında olmalıyıq. İranda rejim dəyişərsə, növbəti mərhələdə Cənubi Azərbaycanın yenidən fars millətçilərinin əsarətində yaşamasına imkan verməməliyik".

Xəyalə Məmmədova / Demedia.az