Nə yeyir, nə içirlər, hansı "istixanada" yetişdiriblər bunları? - Elçin Mirzəbəyli



 23:09 23.12.2022     674

30 il ərzində günahsız körpələrin, qadınların, ahılların xüsusi amansızlıqla qətlə yetirilməsinə, yüzminlərlə həmvətənimizin yurd yerindən, ev-eşiyindən didərgin düşməsinə, çadırlarda, dəmir vaqonlarda, uçuq-sökük binalarda ömür sürməsinə, kəndlərimizin, şəhərlərimizin yerlə bir edilməsinə göz yumub qanımıza susayanlarla qol-boyun olanlar və onların onurğasız törəmələri növbəti dəfə ermənilərlə birgə bəyanata imza atıblar.

Demedia.az xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

O bildirib ki, sən demə, Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri "üçbaşlı əjdaha"ya çevrilib Şuşa-Xankəndi yolunu kəsiblər və qanımızı içməyə hazır olan separatçılar, terrorçular nəinki aclıqdan əziyyət çəkir, hətta qarınlarının ağrısını kəsməyə belə dərman tapa bilmirlər:

"Və belə getsə "unitaz"larını da qoltuqlarına vurub köçəcəklər Qarabağdan...

Müqəddəs torpaqlarımız məscidlərimizdə donuz saxlayan ermənisiz, ermənidən çox erməni təəssübünü cəkənlər isə yalsız qalacaq.

İlahi, bu adamlar nə yeyir, nə içir görəsən? Hansı "istixanada" yetişdiriblər bunları?

Adam öz elinə, obasına necə düşmən kəsilə, şərin, böhtanın, yalanın yanında yer ala bilər?

Bu qanı, südü pozuqluq da deyil, nə isə daha alt, hətta qurşaqdan da aşağı bir durumdur. Lənətə gələsiniz...".

Xəyalə Məmmədova / Demedia.az