QULAĞA 2 DAMCI TÖKÜN - Sovet həkimi Neumıvakin üsulu



 20:15 23.12.2022     633

Qulaqlardakı səslərin bir çox səbəbləri var. Əksər hallarda, bu səbəblər ətraf mühitlə əlaqəli olur. Bu hallarda, adətən, simptomlar uzun çəkmir və öz-özünə yoxa çıxır.

Əgər qulaqlardakı səslər heç gözləmədiyimiz vaxtda, qəfil yaranırsa, insanı gərgin hala gətirirsə, bu, hansısa xəstəliyin xəbərçisidir. Qulaqlarda və başda səsdən yaxa qurtarmağın Neumıvakin üsulu. Tibb professoru, məşhur alim Neumıvakin əmin idi ki, qulaqlarda və başda səs yaranmasının ilkin səbəbi gün ərzində yetəri qədər maye qəbul edilməməsidir. Yetkin insanların gün ərzində 2 litrdən az olmayaraq su içməsi artıq beynəlxalq normaya çevrilib. Təbii ki, bu rəqəm şərtidir. Çünki maye qəbulu insanın həyat şəraitindən, qidalanmasından, hətta orqanizmin individuallığından da asılıdır. Məsələn; kök insanlar daha çox maye qəbul etməlidir. Burda “maye” deyərkən təmiz su nəzərdə tutulur: şirələr, kompotlar, alkoqollu, qazlı içkilər və s. sözün burdakı ehtiva dairəsindən kənarda qalır. Çünki lazımi qədər qəbul edilməyən su orqanizmin maye balansının pozulmasına səbəb olur. Bununla yanaşı, yaxşı olar ki, rasiondan şəkər və yağlı qidalar çıxarılsın. Qidalanma balanslı şəkildə olmalı, bitki mənşəli vitaminlərin və liflərin qəbuluna nəzarət edilməlidir. Bu, metabolizmanın yaxşılaşmasına, qan dövranının normallaşmasına, baş beyinin yetərincə qidalanmağına xidmət edir.

Fiziki aktivlik, xüsusilə, təmiz havada gəzinti damarlarda qan axınını normaya salır, bütün orqanizmdə hüceyrələrin qidalanmasını təmin edir. Gündəlik gəzinti, ən azı, 30 dəqiqə davam etməlidir. Boyun nahiyəsində qan dövranını normallaşdırmaq üçün kontrast duş almaq ən əlçatan vasitədir. Bu zaman isti və soyuq su mərhələli şəkildə açılır və boyun nahiyəsi hər iki halda da suyun masajına məruz qalır. Masaj demişkən, nahiyəni özünüz də masaj edə bilərsiniz. Əgər qulaqlardakı səs qan dövranının pisləşməsindən qaynaqlanırsa, bu üsulun effektivliyindən əmin ola bilərsiniz. Neumıvakin, həmçinin, məsləhət görür ki, hidrogen-peroksid məhsulundan istifadəni də sınaqdan çıxarmaq lazımdır. Stəkanın 1⁄4-i qədər isti su götürün, 10 damcı 3%-li hidrogen-peroksid məhsulu əlavə edin. İynəsiz şpris ilə mayedən 1 ml götürün, burun dəliyinizə damcıladın. Prosedur vaxtı diskomfort yaşaya bilərsiniz.

Amma unutmayın ki, bu narahatlığın ömrü, cəmi, bir neçə saniyədir. Bu üsul gənziyin yaxşı-yaxşı yuyulmasını təmin edir ki, nəticədə oksigen orqanizmə maneəsiz daxil olur. 1 ml hidrogen-peroksid məhsulu qatılmış suyu qulağa damızdırsanız, sonra qulaq ətrafını yaxşı-yaxşı masaj etsəniz, qulaq kanalınız yuyulacaq, “qulaq kiri” eşiyə çıxacaq. Narahat olmayın, maye qulaqda qalmayacaq, öz-özünə xaric olacaq. Qulaqlardakı səsdən xilas olmağın ev üsulu: Soğan suyu. İstənilən növ soğan eşitmə orqanımızdakı iltihablanmanı aradan qaldırmağa qadirdir. I üsul: tənzifi bir neçə qat edin və soğan suyu ilə isladın. Qulağın üstünə qoyun, üstündən bağlayın və böyrü üstə uzanın. 3 saatdan sonra proseduru digər qulaqda təkrarlayın. Bir şeyi deyim ki, hər dəfə tənzif yenilənməlidir.

II üsul: Damcılıq götürün, 3 damcı soğan suyu çəkin və qulağa damızdırın. Bu üsulla eşitmə qabiliyyətini yaxşılaşdırmaq da mümkündür. Qulaqlardakı səs burun nahiyəsinin soyuqlaması və ya iltihablanması zamanı da meydana çıxa bilir. Sinusitdən yaxa qurtarmaq üçün növbəti resept köməyinizə çatacaq. Yarım çay qaşığı balı və eyni miqdardakı soğan suyunu yarım stəkan qaynar suya qatın. Qarışımı 6 saat dəmlənməyə qoyun. Sonra sutkada 3 dəfə bu qarışımla burnunuzu yuyun. Çiyələk. Əgər problem damar tıxanıqlığından qaynaqlanırsa, gecikmədən pis xolesterolun səviyyəsini azaltmaq, damarları təmizləmək üçün işə qoyulmaq lazımdır. Bunun üçün adi çayın, yaxın kofenin ardınca çiyələk çayı hazırlanmalıdır. Dadını gözəlləşdirmək üçün bal əlavə etmək sizin seçiminizdir. Mütəmadi olaraq çiyələk çayının içilməsi qulaqlardakı səsi yox edir və beyinə qan axınını normallaşdırır. Adi qıtıqotu. Bu bitki də çiyələk kimi effekt verir. Sadəcə, bu dəfə qıtıqotundan sıyıq hazırlanmalıdır.Əvvəlcə, bitkinin qabığını soyun, suda bir neçə saat saxlayın. Sonra sürtgəcin xırda gözündən keçirin və bərabər miqdarda xama ilə qarışdırın. Bu qarışım istənilən meyvə-tərəvəz salatına, kartof soyutmasına və digər yeməklərə çox yaraşır. Onu təkcə yeməksə, daha faydalıdır. Yemək vaxtı, cəmi, 1 xörək qaşığı yesəniz, bəs edir.

Xəyalə Məmmədova / Demedia.az