Yaxşı pendiri necə seçmək olar? - DİQQƏT!



 22:02 23.12.2022     506

Yaxşı pendirlə pis pendiri necə ayırmaq olar?

Demedia.az bunun sadə üsullarını təqdim edir:

1. Heç vaxt vakum qablaşdırmada olan pendir almayın. Pendir alarkən satıcıdan bütöv pendirdən kəsməsini xahiş edin.

2. Pendir alarkən onun kənarlarına diqqət yetirin. Kənarlarının rəngi ortasının rəngindən fərqli olarsa o zaman həmin pendirdən almayın.

3. Keyfiyyətli pendirin daxilində olan boşluqlar eyni ölçüdə olur.

4. Sarı rəngli pendir almaq istəyirsinizsə, onun bir nazik dilimini künc tərəfindən qatlayın. Əgər pendirdə çat izi əmələ gələrsə, deməli bu əsil pendir deyil. Onu palma yağı, süd qurusu və rəngləndiricilərlə hazırlayıblar.

Aysun / Demedia.az