ABŞ Çinə etiraz etdi



 10:25 26.12.2022     357

Çin ABŞ Prezidenti Co Baydenin imzasından sonra qüvvəyə minən 2023-cü il Milli Müdafiə Səlahiyyəti Aktına etiraz edib.

Demedia.az xəbər verir ki, buna səbəb sənəddə Çinlə bağlı mənfi məzmunlu fikirlərin olmasıdır. Çinin Xarici İşlər Nazirliyindən bildirib ki, sənəddə "Çin təhdidi" ilə bağlı əsassız iddialar var. Pekin hesab edir ki, ABŞ Çinin daxili işlərinə açıq şəkildə müdaxilə edir. Açıqlamada Çinin bu münasibəti pislədiyi və diplomatik kanallarla etiraz etdiyi vurğulanıb.

Bildirilib ki, qanunda Tayvanla bağlı "tək Çin" prinsipini pozan mənfi tənzimləmələr var və Çinin daxili işlərinə xarici müdaxilə qəbuledilməzdir.

Bahadur Seyidov