Ukrayna qələbə qazanacaq - Zelenski



 11:15 26.12.2022     339

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyaya qarşı davam edən müharibə səbəbindən bəzi vətəndaşların Ukraynanı tərk etmək məcburiyyətində qaldığını, bəzi əsgərlərin isə əsir düşdüyünü bildirib.

Demedia.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna azadlığı uğrunda mübarizə davam etdirəcək və bütün ukraynalılar azadlığına qovuşacaq. Zelenski bu il xalqın Milad bayramını müharibənin kölgəsində qeyd etdiyini, bəzi ukraynalıların əsir düşdüyünü və ya ölkəni tərk etməyə məcbur qaldıqları üçün üçün müxtəlif ölkələrdə çətin şəraitdə bayram keçirdiklərini bildirib.

Zelenksi bayram təbrikində Ukraynanın Rusiya üzərində qələbə qazanacağından əmin olduğunu deyib.

Bahadur Seyidov