İranda "geyim qaydaları"nı pozan ticarət mərkəzi bağlanıldı



 12:27 26.12.2022     374

İranın Qum əyalətində onlarla mağazanın yerləşdiyi və 700 nəfərin çalışdığı ticarət mərkəzi “geyim qaydaları”na əməl olunmadığı üçün bağlanılıb.

Demedia.az xəbər verir ki, bu barədə İranın “Camaran” xəbər portalı məlumat yayıb. Bildirilir ki, bəzi dairələr qərarın müvvəqəti olduğunu ifadə edib. İddia edilir ki, ticarət mərkəzi bağlanmazdan əvvəl “geyim qaydaları”na əməl edilməsi ilə bağlı xəbərdarlıq edilib. Lakin ticarət mərkəzinin rəhbərliyi xəbərdarlığa məhəl qoymayıb. Məsələ ilə bağlı rəsmi qurumlardan və ya ticarət mərkəzinin rəhbərliyindən açıqlama verilməyib.

Qeyd edək ki, İranda “hicab qaydaları”nı pozduğuna görə əxlaq polisi tərəfindən saxlanılan Məhsa Əmininin həyatını itirməsi etiraz aksiyalarına səbəb olub.

Bahadur Seyidov