BMT-nin Burkina Fasodakı koordinatoru persona non-qrata elan edildi



 09:52 26.12.2022     337

Birləşmiş Millətlər Təşkilatının Burkina Fasodakı koordinatoru Barbara Manzi persona non-qrata elan edilib.

Demedia.az xəbər verir ki, bu barədə Burkina Faso Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, Barbara Manzi 24 saat ərzində ölkəni tərk etməlidir.

Qeyd edək ki, Burkina Fasoda iki Fransa vətəndaşı casusluq ittihamı ilə deportasiya edib. Ölkədə Fransanın “Radio France İnternationale” radiosunun yayımı dayandırılıb. Mütəxəssislər Burkina Fasonun qərbə qarşı həmlələrinin arxasında Rusiyanın olduğunu istisna etmir. Burkina Faso hökuməti təhlükəsizlik məsələlərində Rusiyanın muzdlu qüvvəsi hesab edilən “Vaqner”lə əməkdaşlıq edir.

Bahadur Seyidov