Suriyada PKK terrorçularına qarşı etiraz
Suriyanın Afrin vilayətində 50-dən çox tayfa nümayəndəsi YPG/PKK terror təşkilatına qarşı bir araya gəlib.
Demedia.az xəbər verir ki, nümayəndələr Deyr əz-Zor vilayətində 2 qadını zorlanıb öldürülməsinə etiraz ediblər. Bildirilir ki, terrorçular Bakkara tayfasından olan iki qadını öldürüb. Nümayəndələr qruplaşmanın tərkibində olan ərəbləri silahı yerı qoymağa çağırıblar. İclasda qadın qətllərində iştirak edən PKK/YPG qruplaşmasının Deyr əz-Zor vilayətindəki “Hərbi Şurası”na etiraz edilib.
Qeyd edək ki, qadın qətllərindən sonra Deyr əz-Zor vilayətində PKK terrorçularına qarşı etiraz keçirilib.
Bahadur Seyidov