Ronaldo haqda ŞOK SÖZLƏR: Poqba nələr danışdı



 09:12 26.12.2022     381

"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba "Mançester Yunayted"də komanda yoldaşı olmuş Kriştiano Ronaldo haqqında danışıb.

Demedia.az xəbər verir ki, o, "Daily Mail“ə açıqlamasında portuqaliyalı hücumçunun inanılmaz dərəcədə nizam-intizamlı olduğunu deyib:

"Mən heç vaxt belə bir şey görməmişəm. Onun nizam-intizamı başqa səviyyədədir. Digər futbolçuları izləyirəm, çox peşəkardırlar, məşqlərə tez gəlirlər, məşqdən sonra da çalışırlar, amma Kriştianoda hər gün belə idi, hər gün! İnanılmaz idi. Bəzən düşünürsən ki, bu gün az məşq də edə bilərəm, yaxşı formadayam amma o, heç vaxt belə etmirdi. Onun hər gün işləmək vərdişi var idi".

Demedia.az