İranın hibrid müharibəsinə qarşı nə etməliyik? - Politoloq



 15:02 26.12.2022     518

Güney Azərbaycan məsələsini daima gündəmdə saxlamalı, güneyli fəallara ciddi dəstək verilməlidir. Cənubi Azərbaycandan olan fəallara xaricdə diaspora ətrafında birləşməsi üçün işlər həyata keçirilməlidir.

Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, İranın teokratik və terror hökuməti Azərbaycanın təhlükəsizliyi üçün təhdiddir:

"Azərbaycan SEPAH terror təşkilatı kimi rəsmən tanımalıdır. Qarabağda Azərbaycan əleyhinə iş aparan terrorçu qruplara İran dəstək verir. İranın Avropaya nəfəsliyini Azərbaycan və Türkiyə kəsməlidir. Gürcüstanı da bu prosesə qoşaraq İranı iqtisadi blokadaya almaq lazımdır. İran müsəlman qoşunları və uzaq olmayan müsəlman ölkələrinə qarşı düşmən siyasət aparır.

İran süni sərhədlə qonşu edilən Ermənistanla təkcə normal münasibətləri var. Zəngəzur dəhlizini açıb İranı bundan da məhrum etməliyik. İsrail və ABŞ növbəti aylarda İrana qarşı hərbi əməliyyatlara başlayarsa, Yaxın Şərqdə və bizim regionumuzda sülhün və təhlükəsizliyin təməli qoyulacaq".

Xəyalə Məmmədova / Demedia.az