Ukrayna ilə müzakirəyə hazırıq - Putin



 14:45 26.12.2022     345

“Rusiya Ukrayna ilə tərəflərin qəbul edəcəyi məsələləri müzakirə etməyə hazırdır”.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin açıqlama verib. O bildirib ki, Rusiyanın rəqibləri Moskvaya qarşı “parçala və hökmranlıq et” siyasəti yürüdür. Putinin sözlərinə görə, Rusiyanın parçalamaq Moskvanın rəqiblərinin həmişə əsas hədəflərindən biri olub.

“Amma bizim məqsədimiz rus xalqını birləşdirməkdir. Düşünürəm ki, biz düzgün istiqamətdə irəliləyirik. Biz öz milli maraqlarımızı, xalqımızın mənafeyini qoruyuruq” - Putin qeyd edib.

Bahadur Seyidov