Ölüm QƏFƏSİ: Burada timsahla bir yerdə üzürlər



 21:33 27.12.2022     885

Dünyada insanların səyahət etmək istədikləri maraqlı və qəribə yerlər çoxdur.

Amma tursitlər üçün təhlükəli sayılan yerlər də var. Təbii ki, eksteremal səyahəti sevənlərə “təhlükə” sözünün özü də cazibədar gəlir. Bununla belə, harda hansı təhlükənin ola biləcəyi haqqında məlumatlı olmaq yaxşıdır...

1. Ölüm yolu. Həyatınız sizə maraqsız və darıxdırıcı gəlirsə, onda bu yol sizlikdir. Qeyri-adi yol ABŞ-ın Arizona ştatındadır. Buraya ən cəsur turistlər gəlir. Təsəvvür etmək çətindir ki, adi insan bu cür təhlükəli yerdə velosiped sürməyə necə cəsarət edir. Amma gördüyünüz kimi, burda olmağı xoşlayanlar da var. Tez-tez qəzalar olsa da... Videodakı turistlərin, sadəcə, bəxti gətirdi; onlar kiçik zədələrlə canlarını qurtardılar.

2. Səmaya pilləkən. İnana bilirsiniz ki, bu gözəllik reallıqda mövcuddur? Bəli, “səmaya pilləkən” Havay adalarında, dağlıq ərazidə yerləşir. Bu pilləkən qurularkən turistlərin gəlməsi üçün deyil, zirvədəki radiolokasiya stansiyası üçün nəzərdə tutulmuşdu. Zamanla burda turistlər peyda olmağa başladı. Hədəfə çatmaq üçün 3927 pilləkən çıxan turistlər heç bir təhlükəsizlik vasitəsi ilə təchiz edilmir. Ayaqlarını dumana sallayıb yellənmək üçün də təhlükəsizlik tədbirinin olmamasını bilməyiniz mütləqdir...

3. Everesti fəth elə! Dəniz səviyyəsindən 8848 metr yüksək olan Everest dünyanın ən hündür təbii nöqtəsi sayılır. Sizcə, hansı səviyyədə cəsarət lazımdır ki, oraya çıxasınız? Yoxsa elə bilirsiniz ki, Everesti fəth etmək, sadəcə, bir ovuc insanın fərqlənmək arzusudur? Yox, əziz dostlar... Everesti fəth etmək istəyən turistlərin sayı-hesabı yoxdur. Hətta, zirvəyə çatmağa 2 aydan çox vaxt sərf etmək ehtimalı belə turistləri fikirlərindən döndərmir. Burda qəzalar tez-tez olur; turistlər qar uçqununa düşürlər, yıxılıb ciddi zədələr ala bilirlər. Bəzən komandadakı bir, yaxud iki nəfərin təhlükəsizlik texnikasına əməl etməməsinə görə bütün komanda həlak olub. Buna görə, “Everesti fəth etməyə getməzdən öncə iki dəfə düşünün”-deyimi bu qədər məhşurlaşıb.

4. Uçurumun üzərində kamp. Alpinist-eksteremallar özlərinə yeni əyləncə növü tapıblar. Bu, sözün əsl mənasında, uçurumun üzərində kamp qurmaqdır. Onlar, yəqin ki, bunu bir neçə dəfə sınaqdan çıxarıblar. Yoxsa, ayağının altında yüzlərlə metr boşluq olduğu halda rahatca yuxuya getməyi kim bacarar ki?! Bu kadrdan göründüyü kimi, hətta, bəzi cəsur turistlər təhlükəsizlik tədbirləri olmadan da uçurumda yatır. Təsəvvür edin, yuxuda bir səhv hərəkət və o, uçurumun dibində olacaq... Tanrı qorusun!

5. Vulkanda sörfing. Bunun bir adı var: dəlilik. Çünki, sonunu düşünməyən yalnız dəlilərdir. Bu gənclər aktiv vulkanın yanına bir məqsədlə gedirlər: sörfinq. Vulkanın hündürlüyü 728 metrdir, sonuncu dəfə 20 il əvvəl püskürüb. Amma bu, o demək deyil ki, həmişəlik sönüb. Hər an yenidən partlaya bilər. Bunu bilə-bilə qısamüddətli həzz üçün qoltuğuna sörf taxtasını vurub vulkana bu qədər yaxınlaşmaq...Bəli, təhlükə hər an başının üstünü ala bilər... Qeyd edim ki, insanlar burada xüsusi sörf taxtasından istifadə edirlər. Sağ-salamat, zədəsiz enişi başa vuran, sadəcə, çox şanslıdır. İndiyədək bu şans çox az adama rast gəlib. Nə yaxşı ki, zədələnməkdən, xəsarət almaqdan qaça bilməyən insanlar arasında hələ ölüm halı qeydə alınmayıb.

6. Ölüm cığırı. Çinin Sian şəhərindən 120 km uzaqda yerləşən dağlarda məhşur bir monastr var. Monastr yerləşən dağın şimal və cənub tərəfini çox ensiz cığır birləşdirir. Uçurumun üzərində yerləşən cığırın isə heç bir təhlükəsizlik tədbirləri yoxdur. Burada yalnız qayaya söykənərək hərəkət etmək mümkündür. Yeganə ümid yeri əlinizlə tuta biləcəyiniz zəncirlərdir. Yəqin, uçurumdakı kampdan sonra elə düşünürdünüz ki, daha heç nə sizi təəccübləndirməz. Bu balaca uşaqları görəndə mən çox heyrətləndim. Bəs, siz buraya gedə bilərsiniz?

7. Troll dili... Bura dünyanın ən təhlükəli və ən gözəl yerlərindən biri sayılır. Əgər siz də sosial şəbəkə üçün gözəl fotolar istəyirsinizsə, bilin ki, bura Norveçdə yerləşir. 700 m hündürlükdədir. Yolunuz düşsə, ayağınızı basdığınız yerə xüsusi diqqət edin. Bir səhv hərəkət və faciə... Necə deyərlər, iraq olsun!

8. Ölüm qəfəsi. Siz heç timsahla bir yerdə üzmüsünüz? Ehtimalı belə qorxu yaradır. Amma əgər bu qorxunuza qalib gəlib timsahla üzmək, hətta, ona canlı olaraq toxunmaq istəyirsinizsə, Avstraliyaya gedin. Burda sizi turistlər üçün hazırlanmış xüsusi “Ölüm qəfəsi” gözləyir. Bəli, “Ölüm qəfəsi” əyləncənin daha bir adıdır. Turist plastik konteynerin içinə girir və suya buraxılır. Burda siz timsaha yaxından baxa və toxuna bilərsiniz...

Bahadur Seyidov / Demedia.az