İranda 2 iş yeri “hicab qaydaları”nı pozduğuna görə bağlandı



 15:05 27.12.2022     385

İranın Loristan əyalətindəki ticarət mərkəzində 2 iş yeri “hicab qaydaları”nı pozduğuna görə bağlanıb.

Demedia.az xəbər verir ki, bu barədə İRNA agentliyi əyalət rəsmisinə istinadən məlumat yayıb. Məlumata görə, iş yerində çalışanlar “hicab qaydaları”na riayət etmədikləri üçün belə qərar verilib. Bildirilir ki, iş yerinin bağlanması şəhər prokurorluğunun qərarına əsasən icra edilib.

Qeyd edək ki, bundan əvvəl “hicab qaydaları”na riayət etməyən 700 nəfərin çalışdığı ticarət mərkəzi bağlanmışdı.

Bahadur Seyidov