Rusiya Avropaya təbii qaz tədarükünü bərpa etməyə hazırdır



 15:43 27.12.2022     324

Rusiya Baş nazirinin müavini Aleksandr Novak Moskvanın Yamal-Avropa boru kəməri ilə Avropaya təbii qaz tədarükünü bərpa etməyə hazır olduqlarını açıqlayıb.

Demedia.az TASS agentliyinə istinadən xəbər verir ki, o bildirib ki, təbii qaz böhranı davam etdiyi üçün Avropa bazarı öz önəmini saxlayır. Novak Avropaya təbii qaz tədarükünü bərpa etmək üçün imkanlarının olduğunu ifadə edib. Novakın sözlərinə görə, siyasi səbəblərdən Yamal-Avropa boru kəmərindən hələ də istifadə edilmir.

Qeyd edək ki, "Qazprom" Yamal-Avropa boru kəmərinin Polşadan keçən hissəsinə sahib olan şirkətə sanksiya tətbiq edib. Buna səbəb Polşanın ödənişi rublla ödəməkdən imtina etməsidir.

Bahadur Seyidov