Çin gəmiləri Yaponiya ərazisinə daxil oldu



 15:23 27.12.2022     351

Çinin 2 sahil mühafizə gəmisi Yaponiyanın milli ərazi sularını pozub.

Demedia.az xəbər verir ki, bu barədə Yaponiyanın Sahil Mühafizəsi Qərargahından açıqlama verilib. Bildirilib ki, Çin gəmiləri Yaponiyanın milli ərazi sularındakı Tayşo adaları sahillərində yerli balıqçı gəmilərinə yaxınlaşıb.  Gəmilər 72 saatdan çox ada sahillərinə üzüb. Yaponiya mənbələrinin məlumatına görə, bu son 12 ildə ən uzunmüddətli pozuntudur.

Qeyd edək ki, Çin və Yaponiya arasında bir sıra mübahisəli ərazilər var. Çin və Yaponiya bir neçə arxipelaq və adadan ibarət olan Senkaku adalarına iddia edir. Ada Yaponiyanın nəzarətindədir.

Bahadur Seyidov