Starlink peyki İranda fəaliyyət göstərir



 16:14 27.12.2022     324

Starlink peyki İranda internet dəstəyi üçün fəaliyyətini davam etdirir.

Demedia.az xəbər verir ki, SpaceX şirkətinin sahibi İlon Mask belə açıqlama verib. O tvitterdəki paylaşımında bildirib ki, internetə çıxışı təmin etmək üçün nəzərdə tutulmuş Starlink peykləri İranda aktivdir və onların sayı 100-ə yaxınlaşır.

Qeyd edək ki, bundan əvvəlki açıqlamasında Mask etirazların davam etdiyi İranda nümayişçilərin əlaqə saxlamasına şərait yaratmaq üçün Starlink peyklərini fəaliyyətə başlayacağını açıqlamışdı. İranda etiraz aksiyalarından sonra hökumət internet məhdudiyyətləri tətbiq edib.

Bahadur Seyidov