Modi ilə Zelenski arasında telefon danışığı oldu



 16:58 27.12.2022     296

Hindistanın Baş naziri Narendra Modi ilə Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Demedia.az xəbər verir ki, bu barədə Hindistanın Xarici İşlər Nazirliyi açıqlama verib. Bildirilib ki, liderlər qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və Ukraynada davam edən münaqişə ilə bağlı fikir mübadiləsi aparıblar. Modi Ukraynadakı döyüşlərin dərhal dayandırılması barədə çağırışını təkrarlayıb.

Hindistanın hər cür sülh səylərini dəstəklədiyini vurğulayan Modi, Ukraynadakı münaqişədən zərər çəkmiş insanlara humanitar yardım göstərməyə davam edəcəyini ifadə edib.Həmçinin görüş zamanı Hindistanın G20 sədrliyi və Ukraynanın müharibəyə son qoymaq üçün 10 bənddən ibarət olan sülh təklifi müzakirə edilib.

Bahadur Seyidov