Vuçiç orduya və polisə “hazır” olmağı əmr etdi



 16:43 27.12.2022     335

Serbiya prezidenti Aleksandr Vuçiç orduya və polisə “hazır olmaq”  barədə əmr verib.

Demedia.az xəbər verir ki, bu barədə Müdafiə naziri Miloş Vuçeviç açıqlama verib. O bildirib ki, Vuçiç orduya "ən yüksək müharibə hazırlığında olmaq” təlimatını verib. Vuçeviç bildirib ki, həyəcana əsas yoxdur. Lakin narahat doğuran problemlər var. “Belə görünür ki, yalnız Serbiya problemlərin siyasi razılaşma yolu ilə həll olunacağına inanır. Qarşı tərəf (Kosovo) daim təkbaşına hərəkət edir" - Vuçeviç deyib.

Qeyd edək ki, Kosovonun şimalında keçmiş serb polisi Deyan Pantiçin saxlanması gərginliyi artırıb. Kosovanın şimalındakı serblər barrikadalar qurub.

Bahadur Seyidov