Putin-Əliyev-Paşinyan görüşü: Tərəflərin rəsmi məlumat verməməsi...



 12:01 28.12.2022     565

Sankt-Peterburqda Putin-Əliyev-Paşinyan görüşü keçirilib. Bu haqda Putin Paşinyanla görüşündə açıqladı, lakin tərəflərin heç birinin rəsmi məlumat verməməsi görüşün qeyri-formal xarakter daşıdığını deməyə əsas verir.

Demedia.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

O bildirib ki, Putinin açıqlaması isə “Rusiyanın Azərbaycan-Ermənistan münasibətlərində vasitəçiliyini davam etdirdiyini” göstərməyə hesablanıb:

"Görüşdə Putinin dediyi kimi, Cənubi Qafqazdakı vəziyyət, Bakı-İrəvan münasibətləri müzakirə edilir. Lakin əsas mövzunun Laçın yolu ilə bağlı olduğu ehtimalı böyükdür.

Və bəllidir ki, Əliyev öz mövqeyindən geri çəkilməyib:

Birincisi, Laçın yolunda aksiya davam edir və sülhməramlıların “mülki ermənilər”dən istədiyi iki gün vaxt başa çatdı: mümkündür ki, Əliyevin Sankt-Peterburq səfərində məsələnin həll ediləcəyini düşündükləri üçün belə bir vədlə çıxış ediblərmiş.

İkincisi, Paşinyanın Putinlə görüşdə dediyi “belə çıxır ki, sülhməramlılar Laçın dəhlizinə nəzarət etmir” sözləri üçtərəfli görüşdə İrəvanın istədiyini almadığını göstərir".

Xəyalə Məmmədova / Demedia.az