ATƏT-in müşahidə missiyasının gedişi... - Politoloq açıqladı



 17:02 28.12.2022     498

ATƏT-in müşahidə missiyası Ermənistanı tərk edib.

Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, bu missiyanın müddəti 44 gün idi və artıq yenidən texniki missiya gəlib:

"Ermənistan bununla Azərbaycanın preventiv zərbələrindən yayınsın. Halbuki Ermənistan atəşkəsi mütəmadi pozur və Azərbaycanın səkkiz kəndini işğalda saxlayır.

Texniki heyət adı altında missiya sadəcə Azərbaycana qarşı yönəlib və burada proses Ermənistanın təxribatlarına rəvac verməkdir".

Xəyalə Məmmədova / Demedia.az