“Qərbin Rusiyanı tamamilə mühasirəyə almaq siyasəti təhlükəlidir”.



 18:32 28.12.2022     360

“Qərbin Rusiyanı tamamilə mühasirəyə almaq siyasəti son dərəcə təhlükəlidir”.

Demedia.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə deyib. O bildirib ki, bu siyasət nüvə güclərini birbaşa silahlı münaqişəyə sürükləmək riskini daşıyır. Ukraynada müharibənin 5 il davam edəcəyi barədə ehtimalları dəyərləndirən Lavrov bəyan edib ki, ABŞ münaqişədən həm iqtisadi, həm hərbi, həm də strateji baxımdan maksimum fayda əldə etməyə çalışır.

Lavrovun sözlərinə görə, Pentaqon Ukrayna ordusunun ehtiyacları üçün hərbi xərcləri olduqca artırıb və bunu Rusiyaya qarşı olan ittifaqın digər üzvlərindən də tələb edir. Lavrov bildirib ki, ABŞ münaqişənin uzanması və daha da genişlənməsi üçün hər şeyi edir.

Bahadur Seyidov