Çin kosmosa müşahidə peyki göndərdi



 15:58 28.12.2022     340

Çin kosmosa yüksək ayırdetmə qabiliyyətinə malik müşahidə peyki göndərib.

Demedia.az xəbər verir ki, "Gaofin-11 04" peyki Şansi əyalətindəki Tayyuen Peyk Mərkəzindən “Long March 4B” raketi ilə buraxılıb. Peyk kosmosa göndərildikdən sonra planlaşdırılmış orbital mövqeyə yerləşib. Məlumata görə, bu, “Long March 4B” raketi ilə reallaşdırılan 457-ci uğurlu uçuşdur. Peyk torpaq ehtiyatlarının izlənməsi, şəhərsalma, yol şəbəkəsinin dizaynı, məhsulun proqnozlaşdırılması və fəlakətlərin monitorinqində istifadə üçün nəzərdə tutulub.

Qeyd edək ki, Çin ilk “Gaofin” peykini 9 il əvvəl kosmosa buraxıb.

Bahadur Seyidov