Şimali Koreya PUA-ları Seulu hərəkətə keçirdi



 17:12 28.12.2022     326

Cənubi Koreya prezidenti Yoon Suk-yeol silahlı qüvvələrin kəşfiyyat və müşahidə imkanlarının təkmilləşdirməsi barədə təlimat verib.

Demedia.az xəbər verir ki, buna səbəb Şimali Koreyaya məxsus dronların sərhədi pozaraq Seul səmasına çatmasıdır. Bildirilir ki, Cənubi Koreyanın tədbirlərinə baxmayaraq, 5 pilotsuz uçuş aparatı Seula çatıb.  Nazirlər Şurasının iclasında çıxış edən Cənubi Koreya prezidenti Yoon Suk-yeol qeyd edib ki, silahlı qüvvələrin döyüş hazırlığında çatışmazlıqlar var və ordunun müdafiə qabiliyyəti gücləndirilməlidir.

Ölkə lideri Şimali Koreyanın mühüm hərbi obyektlərində müşahidə və kəşfiyyat əməliyyatları aparmaq üçün pilotsuz uçuş aparatları yaratmağı planlaşdırdıqlarını ifadə edib.

Bahadur Seyidov