BMT TŞ "Taliban"ın qərarlarını pislədi



 14:49 28.12.2022     343

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası “Taliban”ı qadınların ictimai həyatda iştirakını məhdudlaşdıran qərarı ləğv etməyə çağırıb.

Demedia.az xəbər verir ki, Təhlükəsizlik Şurasının bəyanatında “Taliban”ın qadınların universitetlərə girişini qadağan etməsi narahatlıqla qarşılanıb. Açıqlamada əfqan qızların 6-cı sinifdən sonra məktəbə getməsinin qadağan edilməsi pislənilib, qadın və qızların ölkədə bərabər şəkildə iştirak etməsi tələb edilib.

Əfqanıstanda QHT və beynəlxalq təşkilatlarda qadınların işə götürülməsinə qoyulan qadağanın aradan qaldırılmasını tələb edən Təhlükəsizlik Şurası, bu qadağanın ölkədə humanitar yardım əməliyyatlarına ciddi təsir edəcəyini vurğulayıb.

Bahadur Seyidov