İşdə oyun oynayan bələdiyyə işçisinə cəza verildi
Yaponiyada iş vaxtı kompüterində oyun oynayan bələdiyyə işçisinə cəza verilib.
Demedia.az xəbər verir ki, onun maaşı azaldılacaq. Bildirilir ki, bələdiyyə işçisi 9 ayda ərzində ofisdə 275 saat oyun oynayıb. Məsələnin üstün digər bələdiyyə işçisinin şikayətindən sonra açılıb. Məlum olub ki, işçi gündə 30 dəqiqədən 3 saata qədər ümumilikdə 275 saat kart, sudoku və digər oyunlar oynayıb. İntizam Şurasına şikayət edilən işçi maaşından 5 ay müddətində 10 faiz tutulmaqla cəzalandırılıb. Bələdiyyə işçisi qeyd edib ki, o istirahət etmək üçün oyunlar oynayıb.
“İşimə təsir etmədikcə qısa müddət oynamağımın problem olacağını düşünmürdüm" - işçi deyib.
Bahadur Seyidov