Peskovdan Kosovo-Serbiya gərginliyi barədə açıqlama



 16:42 28.12.2022     323

“Kosovo ilə Serbiya arasındakı gərginlikdə Rusiya Serbiyanın mövqeyini dəstəkləyir”.

Demedia.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, serblərin hüquqlarını müdafiə etmək Serbiyanın hüququdur. Peskov Rusiyanın Serbiyada təsirlərə malik olması ilə bağlı iddiaları da rədd edib. Peskovun sözlərinə görə, Serbiya suveren ölkədir və müstəqil qərarlar qəbul edir.

Qeyd edək ki, keçmiş serb polisi Deyan Pantiçin Kosovonun şimalında saxlanılmasından sonra Kosovo ilə Serbiya arasında gərginlik artıb.

Bahadur Seyidov