Dənizdə bu köpüyü görsəniz EHTİYATLI OLUN!



 21:34 29.12.2022     1250

Qabıq verən dəri, suluqla yanıqlar, şiddətli baş ağrısı…Dənizə Günün bu saatında qətiyyən getməyin. Yoxsa çox böyük fəsadlarını görəcəksiniz!

Vitamin D-nin koronavirusa yoluxmaya qarşı əhəmiyyətini bilməyən yoxdur. D vitaminini həm də "günəş vitamini" adlandırırlar. O, digər vitaminlərlə yanaşı infeksiyalarla mübarizə aparır.

Bu, xüsusilə pandemiya dövründə bizə olduqca vacibdir. Bəs maraqlıdır, yay mövsümündə düzgün “zaqarı” necə alaq ki, vitamin D ehtiyatımız il boyu bizi tam ödəsin? Vitamin D immuniteti gücləndirir, hazırda dünyanın COVİD-ə qarşı apardığı mübarizədə olduqca mühüm əhəmiyyət daşıyır. Ona görə də çalışıb bu yay ərzində bol Günəş vannası qəbul etmək lazımdır. Nə qədər çox qəbul etsəniz, o qədər yaxşıdır. Əgər yayda bol Günəş vannası qəbul etsəniz, qışda virus infeksiyalarına qarşı immunitet formalaşacaq. Yayda əksər insan daha çox qaralmaq üçün günorta saatlarında günün altına uzanırlar. Lakin bu saatlarda Günəş vannası qəbul etmək sonradan fəsadlar yaradır. Günorta vaxtlarında dənizə getmək dəri yanığı əmələ gətirir. Ona görə də saat 12-dən sonra gün altında çox gəzmək olmaz. Günəş xeyir əvəzinə ziyan verir. Dənizə saat 5-dən sonra getmək daha yaxşıdır. Eyni zamanda, səhər saat 9-a kimi getmək də çox faydalıdır. Orada yod, brom və digər mikroelementlərin qəbulu orqanizmə fayda verir. Zob xəstəliyi olanlar sübh tezdən-saat 5-6-da dənizin üstündə köpük olan vaxtı orada mikroelementləri qəbul etməlidir. Yəqin ki, həmin an dənizdə hiss etmisiniz, yod iyi gəlir, bax bu çox faydalıdır. Ancaq vitamin D qəbulu üçün saat 9-12, bir də saat 5-dən sonra getmək lazımdır. Valideynlər bu dönəmdə uşaqlarını dənizə nə qədər çox aparsa, bir o qədər faydası var. Yayda insanların dərisində yaranan ləkə, qaşınma kimi əlamətlərin yaranma səbəbi əlvan dəmirovlardır. Dənizin kənarında natəmiz, çirkli yerlərdən istifadə edəndə belə dəri xəstəlikləri yaranır. Nəticədə dəridə ləkələr əmələ gətirir, boğazda, qollarda ləkələr, qaşınmalar olur. Ona görə diqqət etmək lazımdır ki, suyu təmiz olan ərazilərdən istifadə etmək lazımdır. Həmçinin, Günəşdən qoruyan kremləri seçərkən də diqqətli olmaq lazımdır. Günəş vannasından qorunmaq üçün 50, 80, 100 faiz qoruyucu kremlər var. Amma bunu almağa hər kəsin imkanı çatmır. Keyfiyyətli kremlər 60-100 manat arasında dəyişir. Lakin azərbaycanlı həkimlər tövsiyyə edirlər ki, ən yaxşısı Naftalan yağı, Təmizlənmiş Naftalan yağı açıq rəngdə olur. Bu yağın müalicəvi əhəmiyyəti var, həm də yanmaqdan qoruyur.

Bahadur Seyidov / Demedia.az