Rusiya bu silahlıların bölgədə qalmasında maraqlıdır - Siyasi şərhçi



 13:00 29.12.2022     576

"Ceyhun Bayramov Qarabağda erməni silahlı dəstələrinin çıxarılması ilə bağlı Rusiyanın mövqeyi haqda dedikləri diqqət çəkdi. Moskva Bakının tələbi qarşısında bildirir ki, erməni qoşunların çıxarılması Emənistanın öhdəliyidir”.

Demedia.az xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı deyib.

O bildirib ki, əslində Rusiya bu silahlıların bölgədə qalmasında maraqlıdır:

"Bakıya qarşı təzyiq kartı kimi istifadə edir, separatçıların “müdafiəsi” təşkil olunur.

Silahlı dəstələrin silah-sursatla təmin edilməsinə, “döyüş postları” qurmasına şərait yaradan da sülhməramlılar olub. 4-cü bəndin icrası öhdəliyini İrəvanın üzərinə qoyması isə məsuliyyətdən yayınmaq cəhdidir. Və bu, həm də o deməkdir ki, Azərbaycan qanunsuz silahlı dəstələrin çıxarılması, yaxud neytrallaşdırılması istiqamətində praktiki addım atmasa, nə Ermənistan, nə Rusiya 4-cü bəndi icra etməyəcək, bundan danışıqlar prosesini uzatmaq üçün istifadə edəcək".

Xəyalə Məmmədova / Demedia.az