Güzəştə getmək olmaz, çünki ermənilər hiyləyə əl atıblar - Politoloq



 14:02 29.12.2022     585

Erməni separatçıları yataqlarımızda qanunsuz çalışmalara ara vermək məcburiyyətində qalıblar.

Demedia.az xəbər verir ki, bunu politoloq Elxan Şahinolu deyib.

O bildirib ki, qızıl və mis yataqlarını qanunsuz istismar edən “Base Metals” şirkəti fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb:

"Təzyiq nəticə verib, ancaq bu hələ başlanğıcdır, güzəştə getmək olmaz, çünki ermənilər hiyləyə əl atıblar, ekoloji ekspertizanın keçirilməsi üçün beynəlxalq təşkilatlara müraciət ediblər. Bizim tələbimiz bu deyil, monitorinqi özümüz keçirməliyik, hətta monitorinqə şərait yaradılsa belə yolda hərbçilərimizin nəzarət postu olmalı, daxil olan və çıxan nəqliyyat vasitələrini yoxlamalıdır".

Xəyalə Məmmədova / Demedia.az