Ermənistana qayıtmaq istəyən türklər də... - Natiq Cəfərli



 17:02 29.12.2022     481

Son 35 ildə (hələ mən daha əvvəli demirəm) Ermənistan ərazisindən zorla qovulmuş türklərinin indiki Ermənistan ərazisinə, öz tarixi yaşam məkanlarına qayıtması vacib hədəflərdən biri olmalıdır – bu həm də Azərbaycan ərazisində, Xankəndi və ətrafında yaşayan erməni əsilli azərbaycanlıların (bir daha – azərbaycanlı etnik mənsubiyyət deyil, vətəndaşlıq tanımı, üst kimlik, hamımızı birləşdirən dəyərdir) gələcək təhlükəsizliyi üçün də vacib faktor ola bilər.

Demedia.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

O bildirib ki, Ermənistanla bağlanacaq sülh müqaviləsində (gec-tez bu baş verəcək) mütləq bu ölkədən zorla qovulmuş türklərin qayıtmaq və öz tarixi yaşam məkanlarına yerləşmək hüququ mütləq qeyd edilməlidir, paralel olaraq müqavilədə yazılmalıdır ki, Azərbaycan ərazisində yaşayan erməni əsilli azərbaycanlılara hansı hüquqlar, təhlükəsizlik təminatı veriləcəksə, eyni haqqlar da Ermənistana qayıtmaq istəyən türklərə də veriləcək – yəni, burada “güzgü prinsipi” ilə müqavilələr imzalanmalıdır: 

"Məntiqlə, buna Ermənistan da razı olmalıdır, əgər Azərbaycan ərazisində yaşayan soydaşlarının gələcəyini düşünürlərsə, eyni hüquqların öz ərazilərinə qayıdacaq türklərə də verilməsinə razı olmalıdırlar. Əgər hər iki ölkənin ərazisində yaşayan sayca böyük etnik azlıqlar olacaqsa, bu qarşılıqlı şəkildə təhlükəsizliyin zəmanəti də ola bilər.

O ki, qaldı gələcəyə, Azərbaycan əhalisi yaxın 30-50 ildə demokrafik olaraq Cənubi Qafqazın dominant toplumu olacaq – bu məsələni də kafamızın bir kənarına yazıb strateji və taktiki addımlarımızı bu proeksiyaya görə düşünməliyik.

Əgər kimsə sual verəcəksə ki, bəs erməni əsilli azərbaycanlılar Bakıya, Sumqayıta, Gəncəyə və s., qayıtmaq istəsələr nə olacaq – deyim, gəlmək istəyənlər gəlsinlər, amma bir məsələ də var: Azərbaycanın şəhər və rayonlarından köçən erməni əsilli azərbaycanlıların bir çoxu Avropaya, ABŞ-a, Rusiyaya köçüblər, onların bölgəyə geri qayıtması çətin məsələdir, amma Ermənistandan son 35 ildə qovulan 250 minə yaxın türklərin böyük əksəriyyəti elə burada, Azərbaycan ərazisində, Cənubi Qafqazda yerləşiblər".

Xəyalə Məmmədova / Demedia.az