Serblərin qurduğu barrikadalar yığışdırılır - Vuçiç



 15:27 29.12.2022     318

Kosovo ilə gərginlikdən sonra serblərin qurduğu barrikadalar yığışdırılır.

Demedia.az xəbər verir ki, Kosovo ilə sərhəddəki Raska hərbi bazasında kosovo serbləri ilə görüşən Serbiya Prezidenti Aleksandr Vuçiç belə açıqlama verib. O Kosovo serblərindən barrikadaları aradan qaldırmasını xahiş etdiyini ifadə edib: “Sülh və əmin-amanlığın davam etməsini istədim. Hər kəsi dinlədim. Verilən vədlərin yerinə yetiriləcəyinə inanıram”.

Qeyd edək ki, Kosovonun keçmiş serb polisini nəzarətə götürməsi tərəflər arasında gərginliyi artırıb. Aleksandr Vuçiç orduya “döyüşə hazır ol” təlimatı verib. Kosovo keçmiş serb polisi ev dustaqlığına buraxıb.

Bahadur Seyidov