ABŞ Tayvana yeni hərbi avadanlıqlar satır



 15:58 29.12.2022     341

ABŞ-ın Dövlət Departamenti Tayvana tank əleyhinə minaların satışını təsdiq edib.

Demedia.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb. Bildirilir ki, hərbi avadanlıqların tədarükü təxminən 180 milyon dollara başa gələcək. Qeyd olunub ki, ABŞ Tayvanın silahlı qüvvələrini modernləşdirmək və müdafiə qabiliyyətini artırmaq səylərini davam etdirəcək.  Bununla belə, satışın bölgədəki əsas hərbi balansı dəyişməyəcəyi vurğulanıb.

Qeyd edək ki, ABŞ həmçinin Tayvan ordusuna təlimlər keçir. Çin Tayvanın ABŞ-la daha yaxın münasibətlər qurmasına etiraz olaraq ada ətrafında təlimlərə başlayıb.

Bahadur Seyidov