Yunanıstan Ukraynaya S-300 verir? - Lavrovdan etiraz



 16:29 29.12.2022     324

Yunanıstanın S-300 hava hücumundan müdafiə sistemlərini Ukraynaya verəcəyi barədə iddialar Rusiyanı narahat edib.

Demedia.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Yunanıstanın S-300-ləri 3-cü ölkəyə təhvil vermək hüququ yoxdur. Lavrov bildirib ki, iki ölkə arasında imzalanmış sazişlər müdafiə sistemlərinin 3-cü ölkəyə satışına qadağa qoyur. Rusiyalı diplomat Yunanıstanın Rusiyanın icazəsi olmadan S-300-ləri başqa ölkəyə təhvil vermək hüququna malik olmadığını vurğulayıb. “Müqaviləyə görə, Yunanıstanın bizim icazəmiz olmadan bu sistemləri tədarük etmək haqqı yoxdur. Biz bunu yunanlara xatırlatdıq” - Lavrov deyib.

Qeyd edək ki, Yunanıstan mətbuatında yer alan məlumatlara görə, Afina Ukraynaya S-300 hava hücumundan müdafiə sistemini verməyə hazırlaşır.

Bahadur Seyidov