1800-dən çox yaşayış məntəqəsi azad edildi
Rusiya-Ukrayna müharibəsində Rusiya qüvvələri tərəfindən ələ keçirilən 1800-dən çox yaşayış məntəqəsi azad edilib.
Demedia.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski belə açıqlama verib. O bildirib ki, Ukrayna xalqı Rusiya ilə müharibə zamanı birlik nümayiş etdirib. “Milli rənglərimiz (bayraq rənglərimiz) bütün dünya üçün beynəlxalq şücaət simvoludur” deyən Zelenskinin sözlərinə görə, Ukrayna Rusiyaya qarşı mübarizəni davam etdirir. Rusiyanın müharibəyə başlamaqla təkcə Ukraynanı deyil, Qərb ölkələrini də təhdid etdiyini bildirən Zelenski bəyan edib ki, Ukrayna xalqının cəsarəti bütün dünyaya örnək olub.
“Qərbdə daha heç kim Rusiyadan qorxmur və qorxmayacaq” - Zelenski deyib.
Bahadur Seyidov