Belarus Ukraynanın atdığı raketi zərərsizləşdirdi
Ukrayna ordusunun atdığı raketlərdən biri Belarus ərazisinə istiqamət alıb.
Demedia.az xəbər verir ki, bu barədə Belarus mənbələri məlumat yayıb. Məlumata görə, raket S-300 müdafiə sistemləri tərəfindən atılıb. Güman edilir ki, Ukrayna ordusu bunu bilərəkdən etməyib. Bu, bir müddət əvvəl Polşaya raketin düşməsi hadisəsi ilə oxşardır. Ehtimal edilir ki, Rusiyanın hücumu zamanı S-300 müdafiə sistemləri mərmiləri məhv etmək üçün raketlər buraxıb.
Lakin onlardan biri hədəfi vura bilməyərək Belarus ərazisinə istiqamət alıb. Raket Belarusun müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Bahadur Seyidov