Lavrov Ukraynaya Patriot verilməsindən danışdı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Ukraynaya Patriot hava hücumundan müdafiə sistemləri verməsi barədə danışıb.
Demedia.az xəbər verir ki, o deyib:
"Biz səfirliyimiz vasitəsilə amerikalılardan soruşduq ki, istifadəsi çətin olan Patriot sistemlərinin Ukraynaya verilməsi amerikalı mütəxəssislərin Ukraynada olacağı anlamına gəlirmi? Bizə kifayət qədər əhatəli cavab verildi və bizə dedilər ki, amerikalılar Rusiya ilə birbaşa müharibə aparmaq istəmədiyi üçün bunu planlaşdırılmayıb. Patriot sistemləri Ukrayna hərbçiləri bu texnologiyanı mənimsəyəndən sonra akit vediləcək”.
Rusiya və Ukrayna arasında mümkün danışıqlara da toxunan Lavrov Ukrayna ilə danışıqlara hazır olduqlarını bildirib. Lavrov bildirib ki, ABŞ danışıqların keçirilməsinə imkan vermir.
Bahadur Seyidov