Qazaxıstan Türkiyədən zirehli texnikalar alır



 17:40 29.12.2022     367

Qazaxıstan hökuməti Silahlı Qüvvələrin tərkibində yaradılmış xüsusi təyinatlılar komandanlığı üçün Türkiyə istehsalı olan zirehli döyüş texnikaları almağı nəzərdən keçirir.

Demedia.az xəbər verir ki, bu barədə Qazaxıstan müdafiə nazirinin müavini Sultan Kamaletdinov paytaxt Astanada keçirilən mətbuat konfransında orduda aparılan islahatlarla bağlı danışarkən deyib. O bildirib ki, yeni yaradılmış Xüsusi Təyinatlı Qüvvələr Komandanlığına qoşulacaq əsgərlər xüsusi təlim keçir və onların silah-sursatla təchiz edilməsi üçün səylər göstərilir.

Sultan Kamaletdinov qeyd edib ki, Türkiyə istehsalı olan zirehli texnikalar bir neçə ölkə tərəfindən alınaraq sınaqdan keçirilib və etimadı doğruldub.

Bahadur Seyidov