"Ət yeməsəm, doymuram" deyənlər MÜTLƏQ OXUSUN



 20:33 30.12.2022     1028

İnsanların ət yemək arzusunun tarixini hələ də dəqiq bilən yoxdu. Heyvandarlıq sənayesi bəşəriyyətin iştahını təmin etmək üçün ildə 53 milyard kq inək və camış əti istehsal edir.

İstər bağınızda kabab çəkin, istər iş arasında fast-food yeyin, fərq etməz, qırmızı ət həmişə qidalanmamızın əsasını təşkil edir. ə=

Bəs, hər gün həddən ziyadə protein qəbul etdiyimizdə, orqanizm buna necə reaksiya verir? Qırmızı əti çox yemək, karbohidrat və tərəvəzlərdən uzaqlaşmaq deməkdir. Bir burqer sifariş etsəniz, pendirdən tutmuş kartof qızartmasına və duza qədər müxtəlif qidalar qəbul edirsiniz. Amma ətdə, təkcə protein var. Amerikalı dietoloqların son hesabatında maraqlı bir məqam var. Onlar “ilin ən çox soruşulan sualları”nı açqılayıblar. Həmin suallardan biri belədir: “Ət yemək xərçəngə yoluxma riskini artırırmı?” Maraqlı sualdır... Cavabına birlikdə baxaq. K/A: Yediyimiz qırmızı ətin mənbəyi məməli heyvanlardır. Əti qızardarkən çalışırıq ki, yanmasın. Amma unuduruq ki, gur alovda bişirilən ət bağırsaq xərçənginə səbəb olan birləşmələrin istehsalına təkan verir. Yanmış və kömürləşmiş ət parçalarında daha çox kanserogen xüsusiyyətli kimyəvi maddələr vardır. Xərçəng riskini azaltmaq üçün əti qaynatmaq, yaxud buxarda bişirmək lazımdır. Kabab edirsinizsə, əti oda çox yaxınlaşdırmamaq və kömürləşməməsi üçün tez-tez çevirmək lazımdır. Ümumdünya Səhiyyə Təşkilatı emal edilmiş ətləri kanserogen kateqoriyasına salıb. Bəs, nə qədər ət yesək, bizə ziyanı olacaq? “Beynəlxalq Epidemioloji Dərgisi”ndə 2019-cu ildə maraqlı bir araşdırmanın nəticələri dərc edildi. Mütəxəssislər bildirirdilər ki, hər gün 76 qramdan artıq emal edilmiş, yaxud qırmızı ət yemək qalın bağırsaq xərçənginin inkişafını 20% artırır. Daha çox qırmızı ət yemək istəyirsinizsə, çöldə otlayan, təbii bəslənən heyvanların ətindən yeyin. Tərkibində hormon, antibiotik və qoruyucu olan emal edilmiş ətləri nə qədər az yesəniz, o qədər də xərçəngə tutulma riskindən uzaq olarsınız. Bunu da Dünya Xərçəng Araşdırma Mərkəzi 2011-ci ildə aparılan bir araşdırmanın nəticələrini analiz etdikdən sonra açıqlayıb. Mərkəzin həkimləri hələ o vaxt gündə 50 qr emal edilmiş ət yeməyin qalın bağırsaq xərçənginə yoluxma riskini 18% artırdığını deyirdi. Gördüyünüz kimi, dondurulmuş və emal edilmiş ətdən uzaq durmaq sağlamlığımızın keşiyində dayanmaqçün atacağımız növbəti addım olacaq. Bunun yerinə, çalışın təzə qırmızı ət yeyin. Təzə qırmızı ətdə bitkilərdə olmayan B12 vitamini var. Bu vitamin kökəlmənin qarşısını alır. Bundan əlavə, təzə qırmızı ət kreatin və karnozin baxımından da zəngindir. Bu qidalar əzələ və beyinin aktivliyini artırır. Örüşdə otarılan, təmiz havada otlayan inəyin ətində ürək-damar sisteminin sağlamlığını qoruyan Omega-3 yağları var. Bir daha təkrar edirəm: otla bəslənən inəklərin əti taxılla bəslənən inəklərin ətindən daha faydalıdır. S/T: Yəqin, hamımız həyatımızda heç olmasa bir dəfə, kiminsə bir oturuma bir quzunu yediyini eşitmişik. Və elə indi, bu videoya baxa-baxa onu xatırladınızsa, normaldır. Axı, bu dəqiqə “ən çox ət yeyən” obrazımız məhz həmin adamdır. Bəs, sizcə, niyə o qədər ət yeyən adam qəfildən yıxılıb ölmür? Çünki... K/A: Bolluca ət yeyib, tərəvəz yeməyi azaltsanız, üstəlik, lifli qidalardan özünüzü məhrum etsəniz, yalnız bu zaman orqanizminiz zərər görər. Ən birinci fəsad özünü qəbizliklə göstərər. Yavaş-yavaş böyrəyinizdə daş əmələ gələr. Qırmızı ətin həzm edilməsi üçün ard-arda içilən su isə bədəndə şişkinlik yaradar. Daha bir risk də ürək xəstəliklərinə yaxalanmaqla bağlıdır. Qırmızı əti çox yemək qanda xolesterol miqdarını artırır. Qan damarlarının xroniki xəstəliyi sayılan aterosklerozun yaranmasına səbəb olur. Bu zaman damarların divarları qalınlaşır və elastikliyini itirir. Nəticədə, tromblar yaranır ki, onlar da birbaşa infarkta və ya iflicə gətirib çıxarır. Harvard Xalq Sağlamlığı Məktəbi tərəfindən 2011-ci ildə aparılan bir araşdırma gündə iki porsiyadan artıq qırmızı ət yeyən kişilərin, hər gün bir porsiyanın, təxminən, üçdə birini yeyən kişilərə nisbətən iflic olma riskinin 28% daha yüksək olduğunu sübut etmişdir. Bundan əlavə, qırmızı ət orqanizm tərəfindən çətin həzm olunan turşular yaradır. Nəticədə, bədənimiz xəstəliklər üçün əsl “əyləncə meydançası”na çevrilir. Bəzi dietoloqlar isə qırmızı əti çox yeməyin arıqlamağa kömək etdiyi qənaətindədirlər. Onların fikrincə, yağsız, soyutma bişirilən ət mədədə aclıq sancılarını azaldır, başqa sözlə, “mədəni sıyrılmağa qoymur”. Həmçinin, iştahı azaldır ki, bu zaman da çox yemək lazım gəlmir. Amma bu tövsiyəyə əməl etməzdən qabaq, daimi soyutma ət yeməkdən diksinəcəyiniz ehtimalını da unutmayın. Qırmızı ət dəmir qaynağıdır. Orqanizmdə həddən artıq dəmir yığılmasının Alzeymer xəstəliyi yaratdığı da artıq araşdırmalar nəticəsində sübuta yetirilib.

Bahadur Seyidov / Demedia.az