Kremlin şərtlərini qəbul etmək sülh deyil... - Pollitoloq açıqladı



 16:04 30.12.2022     452

Regionumuza təsir edən Rusiya Ukrayna müharibəsində sülh müqaviləsinin bağlanması gözlənilmir.

Demedia.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, Rusiya Xarici işlər naziri Sergey Lavrov və Kremlin mətbuat xidmətinin rəhbəri D. Peskov qeyd edib ki, Ukrayna ilə sülhün müqaviləsinin imzalanması o şərtlə ola bilər ki, rəsmi Kiyev Xerson və Zaparojyeni Rusiya ərazisi kimi tanımalıdır. Kiyevin sülh təklifi isə, Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılmasıdır:

"Göründüyü kimi tərəflərin şərtlərk hər iki tərəf üçün qəbuledilməzdir. Təbii ki, Rusiyanın şərtləri qanunsuz və Ukraynanın bu şərtləri qəbul etməsi qeyri-mümkündür. S.Lavrov qeyd edir ki, Kiyev sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Təbii ki, Kremlin şərtlərini qəbul etmək sülh deyil, Ukraynanın işğalını rəsmiləşdirməkdir. Belə olan təqdirdə məhz Moskva sülh müqaviləsinin bağlanmasında maraqlı görünmür.

İkitərəfli danışıqların keçirilməsi mümkün deyil. Ukrayna və Rusiyanın münasibətləri yalnız döyüş meydanında aydın olacaq. Necəki, Ermənistanla Azərbaycan arasında münaqişə döyüş meydanında həll edildi. Ermənistan məğlubiyyət sənədinə imza atdi. Eyni ssenari Rusiya və Ukrayna arasında baş tutacaq. Yalnız tərəflərin biri hərbi üstünlüyə nail olmalıdir.

Ukraynaya verilən hərbi dəstək fonunda məhz Rusiya qoşunlarının məğlubiyyəti qaçılmazdır. Rusiya Ukrayna ilə sülh müqaviləsinin bağlanmasına getməsə də müharibəni dayandırmaq məcburiyyətində qalacaq".

Xəyalə Məmmədova / Demedia.az