Didye Deşamla bağlı qərar verildi



 19:27 07.01.2023     508

Fransa millisi baş məşqçi Didiye Deşamla müqavilənin müddətini uzadıb.

Demedia.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası rəsmi məlumat yayıb.

Bildirilib ki, 54 yaşlı mütəxəssislə növbəti sözləşmənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Fransa millisi Deşamın rəhbərliyi altında Qətərdə keçirilmiş dünya çempionatında ikinci yeri tutub.